22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində heyvanlardan götürülən nümunələrin analizi COVID19-un mənşəyini tapmağa kömək edəcək

25-09-2024
IMG

COVID19 pandemiyasının mənbəyi olan Çinin Yuhan şəhərinin bazarında heyvanların yeni genetik analizi COVID-19-un mənşəyini tapmağa kömək edə bilər.

Fhnews.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, COVID-19-un mənşəyini axtaran alimlər bu virusun insanlara yayılmasına kömək edən heyvanların qısa siyahısını yenidən tərtib edirlər. Bu, epidemiyanın mənbəyinə qayıtmağa imkan verə bilər.

Tədqiqatçılar ilk epidemiyanın aşkar edildiyi Çin bazarından toplanmış genetik materialı təhlil edirlər və ən çox ehtimal olunan heyvanların yenotabənzər itlər, misk pişikləri və bambuk siçovulları olduğu aşkar olunub. Alimlər yoluxmuş heyvanların ilk dəfə 2019-cu ilin noyabr ayının sonlarında Yuhan bazarına gətirilməsindən şübhələnirlər.

Yeni araşdırmanın müəlliflərindən biri olan Mixail Vorobey heyvanların hansı alt populyasiyalarının COVID19-u insanlara ötürə biləcəyini tapdıqlarını bildirib. Bu, tədqiqatçılara virusun təbii su anbarı kimi tanınan məkanlarda yaşayan heyvanlarda yayıldığını müəyyən etməyə kömək edə bilər. Alim bununla bağlı deyib: “Məsələn, bazarda olan yenotabənzər itlər ... Çinin cənub bölgələrində daha çox yayılan bir alt növdən olan heyvanın harada satılmasını dəqiqləşdirmək lazımdır”.

Alimlər daha sonra SARS kimi əlaqəli koronavirusların təbii rezervuarı olduğu bilinən ərazidə yarasalardan nümunə götürməyə başlaya bilər. Tədqiqat COVID-19-un heyvanlardan meydana gəldiyi iddiasını gücləndirsə də, virusun Çindəki bir tədqiqat laboratoriyasından ortaya çıxması ehtimalı ilə bağlı siyasi müzakirələrə aydınlıq gətirmir.

Paylaş: