22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində dünyanın külək turbini üçün ən böyük qanadı istehsal olunub

24-03-2024

Çində külək turbini üçün uzunluğu 131 metr olan qanad (pər) istehsal olunub. Bu, dünyada ən uzun külək turbini qanadıdır.

Fhnews.az xəbər verir ki, Çinin Daxili Monqolustan Muxtar Rayonunun Bayannur şəhərindəki sənaye parkında istehsal olunan qanad quruda quraşdırılacaq turbinlər üçün nəzərdə tutulub.

İstehsalçı şirkət “Sany” külək turbini qanadlarının son texnologiyalar əsasında hazırlandığını və sınaqdan keçdiyini açıqlayıb. Qanadların istehsalında təkrar emal edilən poliuretan struktur komponentlərindən istifadə edilib.

Qeyd edək ki, Bayannur şəhərindəki sözügedən sənaye parkında ötən 400-dən çox külək turbini qanadı istehsal olunub.

Paylaş: