Çində daşqın fəlakəti
Çinin Sıçuan əyalətində yağan güclü yağış daşqınlara səbəb olub. Təbii fəlakətdə 10 nəfərin həyatını itirdiyi, 29 nəfərin isə itkin düşdüyü açıqlanıb.
Yaan şəhərinin Hanyuan rayonunda çayda suyun səviyyəsinin artması nəticəsində azı 40 evə ziyan dəyib.
Sel fəlakəti nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb, 29 şəxs isə itkin düşüb. Yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığı və həyatlarının təhlükədə olmadığı deyilir. Sel bölgəsində yaşayan 412 nəfər təxliyə edilib. İtkin düşənlərin tapılması üçün pilotsuz uçuş aparatları, axtarış-xilasetmə itləri və detektorlarla xilasetmə əməliyyatına başlanılıb.
Şaansi əyalətində güclü yağışlar zamanı Şanluo şəhərində körpü uçub. Ən azı 20 avtomobilin körpünün altından keçən Jinqian çayına düşməsi nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib. 1630 nəfərin, 205 texnikanın, 63 gəminin və 6 axtarış itinin iştirak etdiyi xilasetmə əməliyyatı ən azı 30 itkin düşmüş şəxsin tapılması istiqamətində davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...