Çində çoxsaylı insan tələfatına səbəb olan yanğına görə 12 nəfər saxlanılıb
Çinin Ciansi vilayətinin Sinyu şəhərində 39 nəfərin ölümünə səbəb olan yanğınla əlaqədar 12 nəfər saxlanılıb.
Fhnews.az xəbər verir ki, bunu hadisə ilə əlaqədar yanvarın 25-də keçirilmiş mətbuat konfransında səlahiyyətli orqanların təmsilçiləri açıqlayıb. Bildirilib ki, ilkin təhqiqata əsasən, yanğına binanın zirzəmi qatındakı marketin soyuducu anbarının quraşdırılması zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Sinyu şəhərinin meri Su Hin deyib ki, quraşdırma işləri aparılarkən baş verən yanğının tüstüsü qısa zamanda binanın üst mərtəbələrindəki peşə-təlim mərkəzinə və mehmanxana otaqlarına yayılıb. Ölənlər arasında həmin təlim mərkəzlərində məşğələyə gəlmiş tələbələr də olub. Binanın ikinci mərtəbəsində olanların bəziləri xilas olmaq üçün pəncərələrdən tullanıblar.
Qeyd edək ki, yanvarın 24-də yerli vaxtla saat 15:24-də Sinyu şəhərində çoxməqsədli binanın zirzəmi qatında güclü yanğın başlayıb. Yanğın təxminən 3 saat 30 dəqiqədən sonra söndürülüb, axtarış işləri isə 20:50-də başa çatıb. Texnogen fəlakət nəticəsində 39 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Yanğından sonra insanların çox olduğu məkanlarda, o cümlədən tədris ocaqlarında təhlükəsizlik qaydalarına riayət edilməsinin yoxlanılmasına başlanılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...