Çində Beynəlxalq Buz və Qar Festivalı davam edir
Çinin şimalındakı Heilonqjianq əyalətinin mərkəzi Harbin şəhərində keçirilən Beynəlxalq Buz və Qar Festivalı ölkədə turizmi də çanlandırır. Təxminən 250.000 kubmetr buz və qar heyrətamiz dərəcədə gözəl mənzərələrə və heykəllərə çevrilib.
Yeni il tətili zamanı şəhər 3,05 milyon ziyarətçiyə ev sahibliyi edərək turizmdən 5,91 milyard yuan (təxminən 832,39 milyon ABŞ dolları) gəlir əldə edib.
Havanın temperaturu mənfi 24 dərəcəyə düşsə də, ziyarətçilər göz qamaşdıran heykəlləri görməkdən məmnundurlar. Buz festivalı 1983-cü ildən bəri hər il dünyanın müxtəlif yerindən gələn milyonlarla ziyarətçini özünə cəlb edir.
Mindən çox heykəltəraşlığın nümayiş olunduğu festival mart ayının əvvəlinə kimi davam edəcək.
Qonşu Jilin əyalətinin Sonqyuan şəhərindəki Çaqan gölündə Qış balıq ovu mövzusunda təşkil edilən festival da ölkənin hər yerindən gələn turistlərin sayının artmasına səbəb olub. Çaqan gölü bu il xüsusi tor balıqçılıq təcrübəsi təqdim edir.
Turistlər yalnız gölün heyrətamiz mənzərəsindən həzz almaqla yanaşı, balıqçılıq və ovçuluq fəaliyyətlərində də iştirak edə bilərlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...