22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin Sibir pələnglərini qorumaq üçün erkən xəbərdarlıq sistemi hazırlayıb

31-07-2024
IMG

“Sinxua” agentliyinin xəbərində, mütəxəssislərin Çinin şimal-şərqində yerləşən Amur pələngi olaraq da bilinən Sibir pələngini qorumaq üçün müşahidə pilotsuz uçan aparatları, ağıllı infraqırmızı kameralar və ağıllı izləmə sistemindən ibarət texnologiya inkişaf etdirdiyi bildirilib.

Xəbərə görə, Çində təşkil edilən Pələng və Bəbirləri Qoruma və Xilasetmə Forumunda iştirak edən Dünya Vəhşi Təbiət Fondunun Pələng Proqramı nümayəndəsi Markus Radday Çinin pələng sahəsində irəliləyiş əldə edən 5 Asiya ölkəsindən biri olduğunu bildirib. 

Çinin insanlar və pələnglər arasında qarşıdurmaların azaldılması və qarşısının alınmasında mühüm model olduğunu vurğulayan Radday inkişaf etdirilən texnologiyanın hər iki tərəfə fayda verəcəyini qeyd edib.

Sibir Pələngləri Monitorinq və Araşdırma Mərkəzinin direktor müavini Feng Limin Sibir pələnglərinin yaşadığı bölgədə insanlarla qarşılaşma ehtimalının artdığını bildirərək, vəhşi təbiətin qorunması ilə insanların təhlükəsizliyinin təmin edilməsi arasında balans yaratmaq istədiklərini deyib. Sibir pələnglərinin insanlarla qarşılaşa biləcəyi yerlərdə qurulan erkən xəbərdarlıq sistemi ilə qarşıdurmaların qarşısının alına biləcəyini ifadə edən Feng əlavə edib ki, gerçək zamanlı videoları geri göndərə və süni intellektlə təhlil edə bilən erkən xəbərdarlıq sistemi vasitəsilə insanlara vəhşi heyvanların mövcudluğu barədə əvvəlcədən xəbərdarlıq ediləcək.

Xatırladaq ki, 2010-cu ildən bəri sayları artan Sibir pələnglərindən 70-i Çində yaşayır.

Paylaş: