22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin Səddinə dron vasitəsilə iaşə xidməti

27-08-2024
IMG

Böyük Çin səddini ziyarət edən turistlər üçün pilotsuz uçuş aparatları vasitəsilə yemək xidməti istifadəyə verilib. Pekində yerləşən “Meituan” şirkəti tərəfindən həyata keçirilən xidmət çərçivəsində Çin Səddini ziyarət edənlərə tibbi ləvazimatlar, yemək və içkilər göndərilə bilər.

CNN-nin məlumatına görə, bu, Pekində ilk dron çatdırılması xidmətidir.Paket xidmətinin göstərildiyi ərazidə temperatur yüksəkdir və turistlər üçün əlçatan obyekt yoxdur. 

Dronlar mülayim hava şəraitində və yağışda uça bilir və 2,3 kiloqrama qədər yük daşıya bilir. Saat 10.00-dan 16.00-a qədər göstərilən dron xidmətinin çatdırılma haqqı isə cəmi  4 Çin Yuanı,yəni 1 manat təşkil edir. Bundan əlavə, dronlar qablaşdırılmış yeməklərin və yardım materiallarının zibillərini toplayaraq təkrar emal məntəqələrinə götürür.

Paylaş: