22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin  Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcək

17-11-2024
IMG

Sammit 2026-cı ildə keçiriləcək.Bu barədə Peruda keçirilən APEC İqtisadi Liderlər Toplantısında Çin Xalq Respublikasının Sədri Si Cinpin məlumat verib. 

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının onilliklər ərzində Asiya və Sakit Okean regionunda inkişaf, tərəqqi və əlaqə sahələrində böyük uğurlara səbəb olduğunu bildirən sədr bildirib ki, APEC regionu dünyanın ən dinamik iqtisadiyyatına və əsas mühərrikinə çevirib. 

Si regional əməkdaşlığın son zamanlar geosiyasət, birtərəflilik və proteksionizm kimi tendensiyalarla təhdid edildiyinə diqqət çəkib və APEC iqtisadiyyatlarını həmrəylik və əməkdaşlıq içində hərəkət etməyə çağırıb.

Sakit okean qurşağında yerləşən 21 iqtisadiyyatın yaratdığı APEC ilk sammitini 1989-cu ildə keçirib. Çin daha əvvəl 2021 və 2014-cü illərdə sammitlərə ev sahibliyi edib.

Paylaş: