22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin meymunçiçəyi virusu ilə əlaqədar ölkəyə gələn insanlara və mallara nəzarət edəcək

16-08-2024
IMG

Çin “Mpox” virusu ilə əlaqədar növbəti altı ay ərzində ölkəyə daxil olan insanlara və mallara nəzarət edəcək.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Gömrük idarəsinin məlumatında deyilir.

"Meymunçiçəyi xəstəliyinə tutulmuş və ya onun simptomları tapılan “Mpox” epidemiyası olan ölkələrin işçiləri gömrük orqanlarına məlumat vermək üçün təşəbbüs göstərməlidir”,- deyə idarənin məlumatında bildirilir.

“Mpox” halları qeydə alınan ərazilərdən gələn nəqliyyat vasitələri, konteynerlər və mallar Çinin gömrük məntəqələrində dezinfeksiya ediləcək.

Keçən il Çinin Milli Səhiyyə Komissiyası “Mpox”un B kateqoriyalı yoluxucu xəstəlik kimi müalicə olunacağını elan edərək, məmurlara bir yerə toplaşmağı məhdudlaşdırmaq, iş yerlərində fəaliyyəti və məktəblərdə dərsləri dayandırmaq və ya epidemiya halında əraziləri təcrid etmək kimi təcili tədbirlər görməyə icazə verib.

Paylaş: