Çin Kanadanın idxal olunan elektrik avtomobillərinə tətbiq etdiyi tariflərlə bağlı araşdırmaya başlayıb
Pekin administrasiyası Kanadanın Çindən idxal edilən elektrikli nəqliyyat vasitələri, eləcə də polad və alüminium məhsullarına tətbiq etdiyi əlavə gömrük tariflərinə münasibət bildirərək bunu ayrı-seçkilik kimi qiymətləndirib və istintaqın başladığını açıqlayıb. Çin Ticarət Nazirliyindən verilən açıqlamada təhqiqatın tarif artımları ilə yanaşı, Çin məhsullarının dövlət subsidiyaları və təşviq proqramlarından seçici şəkildə çıxarılmasının da araşdırılacağı bildirilib.
Açıqlamada istintaq prosesinin ümumilikdə 3 ay davam etdiyi, lakin xüsusi hallarda uzadıla biləcəyi, Kanadanın 30 gün ərzində hökumətlərarası danışıqlar tələb edə biləcəyi bildirilib.
Çin ilk dəfədir ki, gömrük tariflərinin artırılması ilə bağlı bir ölkəyə qarşı “ayrı-seçkilik” səbəbi ilə istintaq başladıb. Əvvəllər ABŞ Çindən idxal edilən eyni məhsullara eyni tariflərlə əlavə gömrük tarifləri elan etmiş, Avropa İttifaqı (Aİ) isə Çindən idxal edilən elektriklə işləyən avtomobillərdə apardığı subsidiya araşdırmasından sonra gömrük tariflərini artırmağa qərar vermişdi.
Çin Xarici Ticarət Qanununun 7-ci maddəsi hər hansı bir ölkə və ya region tərəfindən “ayrı-seçkilik əsaslarına görə” qadağalara, məhdudiyyətlərə və təcrübələrə əks tədbirlərlə cavab verməyə imkan verir. Kanadada baş nazir Castin Trüdonun rəhbərlik etdiyi hökumət avqustun 26-da Çindən idxal edilən elektrik avtomobillərinə oktyabrın 1-dən 100 faiz, oktyabrın 15-dən alüminium və polad məmulatlarına 25 faizlik tarif tətbiq edəcəyini açıqlamışdı.
Çin sentyabrın 6-da Kanadaya qarşı şikayət edərək, tarif artımlarının və digər məhdudlaşdırıcı tədbirlərin Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu iddia edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...