Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq
Çin hökuməti gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton, 2030-cu ilədək isə 1,5 milyard ton kömür ekvivalentinə çatdırmağı nəzərdə tutur.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin hökuməti nəqliyyat, sənaye istehsalı və kənd təsərrüfatında bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək niyyətindədir.
Çin Xalq Respublikasının Dövlət İnkişaf və İslahatlar Komissiyası tərəfindən dərc edilən hesabatda qeyd olunur ki, əsas istehsal sahələrində yaşıl enerji istehlakı ilə bərpaolunan enerji təchizatının balanslaşdırılması və ənənəvi qazıntı yanacaqlarının təmiz enerji ilə nizamlı şəkildə dəyişdirilməsi prioritet vəzifələrdir. Bundan əlavə, sənəddə Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələrlə yaşıl enerji sahəsində beynəlxalq praktiki əməkdaşlığın inkişafı nəzərdə tutulur.
2023-cü ilin birinci yarısına olan məlumata görə, Çində bərpaolunan enerji mənbələrinin ümumi gücü 1,32 milyard kilovata çataraq, ilk dəfə kömür yanacağı sektorunu üstələyib. Qeyri-mədən enerji mənbələrinin ümumi enerji istehlakında payı isə 2012-ci ildəki 9,7 faizdən 2022-ci ildə 17,5 faizə yüksəlib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...