Çin Antarktidada beşinci stansiyasını işə salıb
Çin beşinci Antarktika stansiyasını istismara verib.
Fhnews.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Daha öncə yerli KİV obyektin Ross dənizi ərazisində yerləşdiyini yazıb. Stansiya üçün 5,2 min kvadratmetr sahə seçilib. Yay mövsümündə 80 nəfərlik, qış mövsümündə isə 30 nəfərədək işçi heyətinin yerləşdirilməsi üçün nəzərdə tutulub.
Çin alimləri çoxsaylı tədqiqatlar, o cümlədən fənlərarası layihələr həyata keçirməyi planlaşdırırlar. Onlar Antarktida sahillərində təbiət hadisələrini, ekologiyanı və canlı aləmi, həmçinin akvatoriyanın vəziyyətini müşahidə edəcəklər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...