22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin ABŞ-ın beş hərbi şirkətinə sanksiya tətbiq edib

07-01-2024

Çin Tayvana yaxın günlərdəki silah satışına görə beş Amerika şirkətinə sanksiya tətbiq edib və ABŞ-a etirazını bildirib.

Fovqaladexeberler.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, Birləşmiş Ştatlar Çinin Tayvan bölgəsinə silah satmaqla və müxtəlif bəhanələrlə Çin şirkətləri və fərdi şəxslərinə qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməklə, ÇXR-in suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi zərbə vurur.

Beş Amerika hərbi şirkətinə tətbiq olunan sanksiyalara onların Çindəki daşınar, daşınmaz və digər əmlak növlərinin dondurulması daxildir. Habelə Çin təşkilatlarının və fiziki şəxslərin həmin şirkətlərlə ticarət, əməkdaşlıq və digər fəaliyyətlərinə qadağa qoyulub.

ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonu “vahid Çin” prinsipini, beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarını dəstəkləməyə, Tayvanı silahlandırmağa son qoymağa və Pekinə qarşı qeyri-qanuni birtərəfli sanksiyaları dayandırmağa çağırıb.

“Əks təqdirdə, Çin qəti və güclü əks hərəkətlərlə cavab verəcək”, - deyə bəyanatda xəbərdarlıq edilir.

Paylaş: