22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin 2025-ci ilə qədər beyin çipi məhsullarının istehsalını  artıracaq

31-01-2024

İlon Maskın “Neuralink” şirkəti beyin çipini ilk dəfə insan subyektləri üzərində sınaqdan keçirdikdən və müvəffəqiyyət qazandıqdan sonra Çin bu sahədə fəallaşıb. Asiya ölkəsi 2025-ci ilə qədər beyin çipləri sahəsində mühüm hədəflər qoyduğunu açıqlayıb. 

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, ölkə 2025-ci ilə qədər qabaqcıl texnologiyalara diqqət yetirməyi, istifadəsi asan təhlükəsiz beyin çipləri interfeysi məhsullarını inkişaf etdirməyi, tibb kimi tipik sahələrdə tətbiqləri araşdırmağı hədəfləyir.  Həmçinin qeyd olunub ki, Çin 2027-ci ilə qədər bu sahələrdə qlobal lider olmağa ümid edir və 2025-ci ilə qədər insanabənzər robotların istehsalı sahəsində yol xəritəsini də hazırlayıb.

Qeyd edək ki, Çin 2019-cu ildə beyin kompüter interfeysləri üçün "Brain Talker" adlı çipi təqdim etmişdir. Bundan əlavə, Çinli tədqiqatçılar insanın qulaq daxilinə yerləşdirilən və beyni kompüterə birləşdirən cihaz hazırlayıblar.

Paylaş: