22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin 11 yeni nüvə reaktoru inşa edəcək

21-08-2024
IMG

Çində 5 fərqli bölgədə 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib. Milli mətbuatda yer alan xəbərə görə, Dövlət Şurası şimalda Şandunq, şərqdə Jiangsu və Cjiang, cənubda Quangdong və Quangxi Cuang Muxtar Bölgəsində yeni nüvə reaktorlarının inşasına qərar verib.

İnşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi təxmin edilir.Dövlətə məxsus Çin Baş Nüvə Enerjisi Korporasiyası  6 reaktorun, Çin Milli Nüvə Enerjisi Korporasiyası 3 və Dövlət Enerji İnvestisiya Korporasiyası  2 reaktorun tikintisini həyata keçirəcək.
Qeyd edək ki, Çin 2022 və 2023-cü illərdə 10 yeni reaktorun tikintisinə icazə vermişdi.Hazırda ölkədə 55 aktiv nüvə reaktoru var ki, bu da ABŞ və Fransadan sonra ən çox reaktora malik ölkədir.

Çin 2030-cu ilə qədər layihə və ya tikilməkdə olan 36 reaktorun əlavə edilməsi ilə nüvə enerjisi gücündə dünya lideri olmağı hədəfləyir.

Paylaş: