22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çilidə meşə yanğınları nəticəsində azı 10 nəfər ölüb

03-02-2024

Çili Prezidenti Qabriel Boric ən azı 10 nəfərin ölümü ilə nəticələnən meşə yanğınları səbəbindən Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib.

Fhnews.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb: “Meşə yanğınları ilə bağlı vəziyyət, xüsusən də 5-ci regionda yüksək temperatur və külək səbəbindən çox çətindir. Lakin bilin ki, hökumət, yanğınsöndürənlər, Milli Meşə Təsərrüfatı Korporasiyası, polis və vətəndaş cəmiyyəti fövqəladə vəziyyətin öhdəsindən gəlmək üçün maksimum səfərbər olunub. Həmçinin fövqəladə vəziyyət elan etmək qərarına gəldik ki, bütün lazımi resurslarımız olsun”.

Prezidentin Valparaisodakı nümayəndəsi Sofiya Qonzalesin sözlərinə görə, təxminən 10 nəfər ölüb. Səhiyyə Nazirliyinin məlumatına görə, azı 28 nəfər yanıq xəsarəti alıb. Yanğın 7 min hektardan çox ərazini əhatə edir, bəzi ərazilərdə insanlar təxliyyə olunur.

Paylaş: