Çilidə cinayətkarlığın artması insanları şoka salıb
Supermarketdə bir arabada yorğana bürünmüş meyit, kanalda məftillə bir-birinə sarılmış iki cəsəd, çimərliklərə atılmış cəsəd parçaları, şəhərə nəzarət edən polislərə qumbara ilə hücumlar...Son həftələr insanları şoka salan bu cinayətlər Çilidə vətəndaşların haqlı narazılığına səbəb olub. Onlar hökumətdən cinayətkarlara qarşı təsirli tədbirlər görməyi tələb edirlər. Cəmiyyətdə belə bir rəy formalaşıb ki, bu vəhşi qətllər narkotik maddələrin qanunsuz dövriyyəsinin artması və mütəşəkkil cinayətkarlıqla əlaqədardır.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, insanların təhlükəsizliyi ilə bağlı problemlərin artması Çili Prezidenti Qabriel Boriçi fevralın 5-də Milli Təhlükəsizlik Şurasının iclasını çağırmağa vadar edib. Bu şuraya Senatın, parlamentin aşağı palatasının spikerləri, Ali Məhkəmənin sədri, ordunun və hüquq-mühafizə orqanlarının rəhbərləri daxildir.
Çili Prezidenti deyib: “Hər kəs bilməlidir ki, cinayətkarlıqla, zorakı cinayətlərlə, narkotiklərin qanunsuz dövriyyəsi və odlu silahların yayılması ilə mübarizə mənim rəhbərlik etdiyim hökumət üçün prioritetdir”.
Hökumət etiraf edir ki, insan alveri, sifarişli qətllər, işgəncələr və vəhşiliklərin əsas səbəbi qonşu ölkələr olan Ekvador, Kolumbiya, Venesueladan cinayətkar ünsürlərin Çiliyə axınıdır. Cinayətkarların əksəriyyəti 13-15 yaş arasında olan yeniyetmələrdir.
Parlamentin üzvləri və şəhərlərin merləri hökumətdən Santyaqoda və digər kommunalarda fövqəladə vəziyyət elan etməyi tələb ediblər. Lakin hakimiyyət hələ ki, buna razı olmur. Son rəsmi məlumatlara görə, 2018-ci ildən 2022-ci ilədək Çilidə üstü açılmamış qətl hadisələri 23,7 faizdən 41,6 faizə qalxıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...