Çexiyada Orta əsrlərə aid dəfinə tapılıb
Çexiyanın Kutna-Hora şəhəri yaxınlığında bir turist qadın təsadüfən Orta əsrlərə aid dəfinə tapıb.
Fhnews.az xəbər verir ki, Çex Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu məsələ ilə bağlı ilkin tədqiqatın nəticəsini açıqlayıb. İnstitut bildirir ki, dəfinə təxminən 900 il əvvəl gizlədilib. Tapıntı 1085-1120-ci illərdə zərb edilmiş 2150 ədəd gümüş denaridən ibarətdir. Müasir valyutaya konvertasiya edildikdə dəfinənin qiyməti 1 milyon avrodan çoxdur.
Sikkələrin saxlandığı küp və pulların tərkibi laboratoriya şəraitində daha diqqətlə yoxlanılacaq. Məqsəd istifadə edilən metalın dəqiq tərkibini və mənşəyini müəyyən etməkdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...