Çexiyada 2 mindən çox gümüş sikkə tapılıb
Çexiyanın Kutna Hora şəhərində bir qadın təsadüfən Orta əsrlərə aid dəfinə tapıb.
Fhnews.az xəbər verir ki, qadın gəzinti zamanı yerdə bir neçə köhnə metal pul görüb. Maraq ona güc gəldiyi üçün ərazini qazıb və bir neçə santimetr dərinlikdə çox sayda sikkə olan küp aşkar edib. Qadın bu barədə Çexiya Elmlər Akademiyasına xəbər verdikdən sonra ərazidə qazıntı işlərinə başlanılıb.
Qadının təsadüfən aşkar etdiyi küpdən 2150 gümüş sikkə çıxıb. Təxminən 900 il əvvəl zərb edilmiş sikkələr tədqiqata cəlb olunub. Təmizlənmə və tədqiqatdan sonra onlar yerli numizmatika muzeyində nümayiş etdiriləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...