22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çexiya böyük daşqınlara hazırlaşır

14-09-2024
IMG

Çexiyada mümkün böyük daşqınlarla mübarizəyə hazırlıq işləri başlayıb. Meteoroloqlar yaxın bir neçə gün ərzində ölkənin əksər hissəsində daşqınların ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Fhnews.az xəbər verir ki, hakimiyyət orqanları güclü yağışlar nəticəsində çaylarda su səviyyəsinin xeyli artacağını gözləyir. Ən yüksək artım şənbə və bazar günlərinə təsadüf edəcək.

Yüz minə yaxın peşəkar yanğınsöndürən və könüllü daşqınların fəsadlarını aradan qaldırmaq üçün hazır vəziyyətə gətirilib. Çexiyanın daxili işlər naziri Vit Rakuşan mətbuat konfransında bildirib ki, gözlənilən daşqınlarla əlaqədar polisin şəxsi heyəti, aviasiya vasitələri və istehkamlar gücləndirilib.

Paylaş: