Çatalhöyükdə 8600 illik kəşf: dünyanın ən qədim çörəyi tapıldı
Dünyanın ilk urbanizasiya yerlərindən biri olan Çatalhöyükdə aparılan qazıntı zamanı 8600 illik “çörək” tapılıb. Konyanın Çumra rayonunda yerləşən və Neolit dövründə təxminən 8 min insanın bir yerdə yaşadığı Çatalhöyükdə yuxarıdan girilə bilən bitişik kərpiç evlərin olduğu "Mekan 66" adlı ərazidə bir soba quruluşu aşkar edilib.
Əsasən dağıdılmış sobanın ətrafında buğda, arpa, noxud toxumu tapılıb. Necmettin Erbakan Universiteti Elm və Texnologiya Araşdırma və Tətbiq Mərkəzində aparılan analizlərdə süngər qalığının eramızdan əvvəl 6600-cü ilə aid fermentləşdirilmiş çörək olduğu müəyyən edilib.
Bu gün müasir arxeologiyanın qida arxeologiyası üzərində də çalışdığına diqqət çəkən alimlər qida arxeologiyasının başlanğıc nöqtəsinin Anadolu olduğunu söyləyirlər. Çatalhöyük buradakı çox əhəmiyyətli dayanacaqlardan biridir. Çünkü Çatalhöyük Neolit şəhərinin bu sahədə əhəmiyyətli yerə sahib olan bölgələrindəndir.
Məlumdur ki, mayalı çörəyin ilk nümunələri Misirdə tapılıb. Amma Çatalhöyükdəki bu tapıntının dünyanın ən qədim çörəyi olduğunu söyləmək olar. Bu üzvi qalıqların müşahidəsi, təhlili və tarixini nəzərə alsaq, onun təxminən 8600 il yaşı olan bir çörək olduğunu demək olur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...