Çanaqqalada daşqın səbəbindən əkin sahələri su altında qalıb
Çanaqqalada Karamenderes çayının debisinin artması səbəbindən bölgədəki bəzi əkin sahələri su altında qalıb. Valilikdən verilən açıqlamada Karamenderes çayında suyun səviyyəsinin artması səbəbindən Kalafat, Tevfikiye və Kumkaledə daşqınların yaşandığı bildirilib.
Bölgədəki vətəndaşlara çay yatağına yaxınlaşmamaları ilə bağlı xəbərdarlıq edilib. Kalafat kəndinin muxtarı Alaattin Şen, Karamenderes çayının bəzi yerlərində 300-500 metr enində iki dəst olduğunu və hər il sel səbəbiylə əkin sahələrinin su altında qaldığını deyib.
Çayda təmizlənməyə ehtiyacı olan ərazilərin olduğunu bildirən Şen əlavə edib ki, Kumkale düzündən Pınarbaşına qədər bütün tarlalar su altındadır. Tarlalarda hazırda əsasən buğda və arpa var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...