22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çanaqqala boğazında quru yük gəmisində baş verən yanğın söndürülüb

26-04-2024

Misirdən Bolqarıstana gedən quru yük gəmisinin Çanaqqala boğazından keçərkən yanğın baş verib.

Varna Limanına getdiyi öyrənilən 107 metr uzunluğundakı Barbados bayraqlı quru yük gəmisi "AK DISCOVERY"nin Akbaş məntəqəsində yanğın baş verdiyi xəbəri üzərinə xilasetmə-13 yedək gəmiləri, Xilasetmə- 3 və Nəqliyyat və İnfrastruktur Nazirliyi Sahil Təhlükəsizliyi Baş Müdirliyinə bağlı TÜRKELİ və KIYEM-1 bölgəyə sürətli xilasetmə gəmisi sövq edilib.

Çanaqqalada hər iki istiqamətdə gəmilərin hərəkəti də müvəqqəti olaraq dayandırılıb. Yanğın zamanı gəminin 14 nəfərlik heyəti arasında olan Suriya vətəndaşı Obaid Mohamadnor yaralanıb.

Sahil Mühafizəsi "KB 73" gəmisi ilə sahilə çıxarılan yaralı Çanaqqala Mehmet Akif Ersoy Dövlət Xəstəxanasına çatdırılıb. Sahil Təhlükəsizliyi qruplarının işi nəticəsində yanğın söndürülüb. Soyutma işləri tamamlandıqdan sonra quru yük gəmisi Sahil Təhlükəsizliyi qruplarının müşayiəti ilə Qaranlıq Liman ərazisində lövbər salıb.

Gəminin təhlükəsiz bölgəyə çəkilməsi ilə Çanaqqala hər iki istiqamətdə gəmilərin keçidinə açılıb.

Paylaş: