Çadda daşqınlar 500-dən çox insanın həyatına son qoyub
Çadda iyul ayından bəri davam edən daşqınlar 500-dən çox insanın ölümünə səbəb olub. Təbii fəlakət, həmçinin 1 milyon 700 min insana təsir edib.
Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin Çaddakı humanitar bölməsi məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində 200 mindən çox ev dağılıb, 300 min hektar əkin sahəsi su altında qalıb, 70 minə yaxın ev heyvanı tələf olub.
Hökumət orqanları yaxın günlərdə daşqın hadisələrinin sayının artacağını istisna etmir. Yaradılan xüsusi komitə “içməli su mənbələrinin çirklənməsi və çayların səviyyəsinin qalxması ilə bağlı risklərin” monitorinqini aparır.
Çadda, həmçinin Mərkəzi və Qərbi Afrikanın digər ölkələrində leysan yağışlardan sonra həftələrdir ki, daşqınlar davam edir. Ümumdünya Ərzaq Proqramının məlumatına görə, daşqınlar nəticəsində 14 ölkədə minə yaxın insan həlak olub. Eyni zamanda, təbii fəlakət 4 milyondan çox insana təsir göstərib.
Ümumdünya Meteorologiya Təşkilatı Afrikanın qlobal istixana qazı emissiyaları səbəbindən baş verən ekstremal hava hadisələrindən ən çox təsirlənən region olduğunu bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...