22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cathay Pacific “Airbus A350” təyyarələrinin uçuşlarını dayandırır

03-09-2024
IMG

Honq-Konqun Cathay Pacific Airways aviaşirkəti “Airbus A350” təyyarəsinin mühərrik sistemində aşkarlanmış nasazlıq səbəbindən çərşənbə gününə planlaşdırılan 20 reysi ləğv edəcək.

Fhnews.az xəbər verir ki, bu barədə South China Morning Post nəşri mənbələrə istinadla məlumat yayıb.

Bundan əvvəl aviaşirkət sentyabrın 3-nə planlaşdırılan 48 reysin ləğv edildiyini açıqlamışdı.

Dünən Honq-Konqdan Sürixə uçan “Airbus A350” təyyarəsi mühərrik sistemində problemlər aşkar edildikdən sonra hava limanına qayıtmağa məcbur olmuşdu. Baş verən insidentə görə aviaşirkət bu modelin digər təyyarələrini yoxlayıb və 15 təyyarənin mühərrikində problem olduğu aşkarlanıb. Nəticədə çərşənbə gününə planlaşdırılan daha 20 reysi ləğv etmək qərara alınıb. Beləliklə, bu həftə Cathay Pacific şirkətinin ləğv olunan uçuşlarının ümumi sayı 68-ə çatıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, aviaşirkət “Airbus A350” təyyarələrinin bütün uçuşlarını şənbə gününə qədər bərpa etməyi nəzərdə tutur.

Paylaş: