CAR-da daşqınlar nəticəsində azı 12 nəfər ölüb
Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində daşqınlar nəticəsində azı 12 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə AFP yerli orqanlara istinadən bildirib.
Məlumata görə, Kvazulu-Natal əyalətində beş nəfər ölüb. Bundan əvvəl Şərqi Keyp əyalətində yeddi nəfərin öldüyü bildirilmişdi.
Qeyd olunub ki, 2 mindən çox insan təxliyə edilib. CAR Prezidenti Siril Ramafosa həlak olanların ailələrinə başsağlığı verib.
Daşqınlara güclü yağışlar səbəb olur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...