22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cənubi Sendviç adalarının sahilində silsilə zəlzələlər olub

07-06-2024
IMG

Cənubi Sendviç adaları bölgəsində 45 dəqiqə ərzində üç zəlzələ olub.

Fhnews.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətin verilənlərinə əsasən, yerli vaxtla 20:53-də (Bakı vaxtı ilə saat 02:53-də) ocağı 35 km dərinlikdə yerləşən 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Cəmi beş dəqiqə sonra sözügedən ərazidə eyni dərinlikdə 5,5 maqnitudalı yeraltı təkanlar olub. Saat 21:37-də isə (Bakı vaxtı ilə 03:37-də) yenə eyni dərinlikdə 4,9 maqnitudalı afterşok qeydə alınıb.

Qeyd edək ki, sözügedən adalar qrupu Atlantik okeanın cənubunda, Amerika qitəsinin yaxınlığında yerləşir. Cənubi Corciya və Cənubi Sendviç adaları Birləşmiş Krallığın Argentina ilə mübahisə edilən Folklend adalarının asılı ərazisidir.

Paylaş: