Cənubi Koreyada rəsmi internet saytlarına kiberhücum
Cənubi Koreyanın Müdafiə və Ətraf Mühit Nazirliyi də daxil olmaqla bir çox nazirlik saytları kiberhücuma məruz qalıb.
Dünən yerli vaxtla saat 17.30 radələrində ölkənin Müdafiə Nazirliyinin rəsmi saytına kiberhücum başlayıb. Nazirliyin rəsmisi DDoS (distributed denial of service) hücumuna məruz qaldığını və bu hücuma görə saytın bir müddət xidmətdən kənar qaldığını bildirib.
Cənubi Koreya İnformasiya Resursları Xidmətinin rəsmisi ölkədəki bir çox nazirliklərin internet saytlarına kiber hücumlar edildiyini açıqlayıb və əlavə edib ki, hücumlar bitmiş kimi görünür, amma tam bitmədiyi üçün işimizi davam etdirəcəyik.
Nazirliklərin internet saytlarına kiberhücumların adi hal olmadığını bildirən rəsmilər hücum edənlərin İP ünvanlarının bloklandığını açıqlayıb.Baş Qərargahın internet saytında əlaqə problemi yaşandıqdan sonra Kiber Əməliyyatlar Komandanlığı məsələni araşdırmağa başlayıb.
Qeyd edək ki, Cənubi Koreyanın kibertəhlükəsizliyə nəzarət orqanı Şimali Koreyadan mümkün kiberhücumlara qarşı xəbərdarlıq etmiş və yerli təşkilatları və müəssisələri məlumatların qorunmasına hazırlıqlarını artırmağa çağırmışdı.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...