Cənubi Koreyada leysan yağışları sel və torpaq sürüşmələrinə səbəb olub
Cənubi Koreyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ən azı 4 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.
Güclü yağışlar bir çox rayonlara da maddi ziyan vurub. Yerli hakimiyyət orqanları Şimali Jeolla əyalətində 17 evin və 16 magistral yolun su altında qaldığını bildirib.
Güclü yağışlar hava və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Ölkənin cənub-şərqindəki liman şəhəri Busandakı Gimhae Beynəlxalq Hava Limanından çıxması gözlənilən 21 reysin təxirə salındığı, 16 reysin isə gecikdiyi açıqlanıb.
Həmçinin bildirilib ki, Cənubi Chungcheong əyalətindəki Janghang Train Line və Şimali Gyeongsang əyalətindəki Gyeongbuk Qatar Xəttində bütün xidmətlər yerli vaxtla saat 18:00-a qədər dayandırılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...