22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cənubi Koreyada həddindən artıq istilər səbəbindən "Tropik gecə" rekordu qırılıb

18-08-2024
IMG

Cənubi Koreyanın paytaxtı Seulda ölkəyə təsir edən isti hava dalğası səbəbilə "tropik gecə" rekordu qırılıb. ”Yonhap”ın xəbərinə görə, Cənubi Koreya Meteorologiya İdarəsi ölkədə müşahidə edilən həddindən artıq istilərlə bağlı açıqlama verib. Bəyanatda Seulun ardıcıl 27-ci "tropik gecəsi"ni yaşadığı, ən aşağı temperaturun 27,2 dərəcə ilə qeydə alındığı bildirilib.

Ən aşağı temperatur ölkənin Busan şəhərində 26,6 dərəcə istiliklə ardıcıl 23-cü “tropik gecə” yaşandığı bildirilib.

Beləliklə, Seulda ən uzun ardıcıl "tropik gecələr" rekordunun müasir meteoroloji müşahidələrin başladığı 1907-ci ildən bəri yeniləndiyi qeydə alınıb. Cənubi Koreya Meteorologiya İdarəsi 2018-ci ildə "ən isti iyun" olaraq qeydə alınan temperatur rekordunun qırıldığını açıqlayıb. Bəyanatda Seul daxil olmaqla ölkənin 92 bölgəsində həyəcan təbili çalındığı  ifadə edilib.

Paylaş: