Cənubi Koreyada həddindən artıq istilər 11 nəfərin həyatına son qoyub
Cənubi Koreyada həddindən artıq istilər ciddi problemlərə səbəb olub. Cənubi Koreya Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-dən avqustun 3-dək istivurma nəticəsində 11 nəfər ölüb, 1546 nəfər isə günvurmadan xəstəxanaya yerləşdirilib.
Məlumatda 6 müxtəlif təsərrüfatda 257 min 483 baş təsərrüfat heyvanının həddindən artıq istilər səbəbindən tələf olduğu bildirilir.Hazırkı isti hava dalğasının ən azı 10 gün daha təsirli olacağını bildirən Koreya Meteorologiya İdarəsi ölkə daxilində temperaturun 30 ilə 36 dərəcə arasında dəyişəcəyini açıqlayıb.
Dünən Gyeonggi əyalətinin Yeoju şəhərində temperatur 40 dərəcəyə çatıb və bu, 2018-ci ildən bəri ölçülən ən yüksək temperatur olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...