Cənubi Koreyada böyük kruiz gəmisində yanğın olub
Cənubi Koreyanın ən böyük adası olan Cejuda göyərtəsində üç mindən çox insanın olduğu səyahət gəmisində yanğın baş verib. “Yonhap” xəbərinə görə, Ceju limanında lövbər salan 85 min tonluq kruiz gəmisində baş verən yanğın nəticəsində ekipajın 3 üzvü tüstüdən zəhərlənib.
Jeju Sahil Mühafizəsi tərəfindən edilən açıqlamada, bir gün əvvəl limanda lövbər salan gəmidə 2430 sərnişin və 736 nəfərlik heyət olduğu,səhər saatlarında gəmidən qara tüstünün qalxdığı bildirilib. Açıqlamada gəmidə təqribən 50 kvadratmetr sahəyə yayılan alovun qısa müddətdə söndürüldüyü, ekipajın 3 üzvünün isə tüstüdən zəhərləndiyi bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...