Cənubi Koreyada Ay Yeni ili ilə əlaqədar 450 mindən çox məhbus əfv edilib
Cənubi Koreya prezidenti Yoon Suk Yeol keçmiş müdafiə naziri və keçmiş prezidentin şəxsi katibi də daxil olmaqla 450 mindən çox məhbus üçün əfv sərəncamı verib.
Amnistiyanın iqtisadiyyatı canlandıracağına ümid etdiyini bildirən Yoon keçmiş müdafiə naziri Kim Kvan-jin və keçmiş prezident Park Geun-Hyenin şəxsi katibi Kim Ki Çun da daxil olmaqla 450 mindən çox insanın amnistiyadan faydalanacağını bildirib.
Cənubi Koreya rəsmiləri bunun Prezident Yoonun 2022-ci ildə vəzifəyə gəldiyindən bəri imzaladığı dördüncü amnistiya aktı olduğunu deyirlər. Qərar sabah qüvvəyə minəcək.
Cənubi Koreyada hökumət adətən Yeni il ərəfəsində və ya avqustun 15-də qeyd olunan Müstəqillik Günündə nümunəvi davranışı mükafatlandırmaq və milli harmoniyanı təşviq etmək üçün məhkum edilmiş siyasətçilər, korporativ rəhbərlər və digər cinayətkarlar üçün xüsusi əfv fərmanları verir.
Qeyd edək ki, ölkənin keçmiş prezidenti Park Geun-Hye 2017-ci ilin martında rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlara görə həbs edilmişdi. O, korrupsiya ittihamı ilə 5 il həbsdə yatdıqdan sonra 2021-ci ilin dekabrında prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...