22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cənubi Koreya son 51 ilin ən isti aprelini geridə qoyub

07-05-2024
IMG

Cənubi Koreyada orta temperatur 14,9 dərəcə ilə keçən ay son 51 ilin ən isti aprelini yaşayıb.

“Korea Times”ın məlumatına görə, Koreya Meteorologiya İdarəsi aprel ayında ölkə üzrə orta temperaturun mövsüm normalarından yüksək olduğunu açıqlayıb. Cənubi Koreyada orta temperatur 14,9 dərəcə olub və bu, ilk məlumatların toplanmağa başladığı 1973-cü ildən bəri ən isti aprel ayı olub.

Müvafiq olaraq, ölkədə ən isti gün aprelin 14-ü olub, termometrlər 30 dərəcəni göstərib.

Koreya Meteorologiya İdarəsi istilik dalğasında bir çox faktorun təsirli olduğuna diqqət çəkib.Bu sırada cənub mərkəzli küləklərin təsiri də var. 
Bundan əlavə, Koreya Meteorologiya İdarəsi bu dövrdə Şimal qütbündən orta enliklərə soyuq havanın olmamasının temperaturun daha da artmasına səbəb ola biləcəyini vurğulayıb.

Cənubi Koreya ilə yanaşı Honq-Konq, Çin və Hindistan kimi bir çox region ölkələrində son illərin ən isti aprel ayı yaşanıb.

Paylaş: