Cənubi Koreya Rumıniyaya 939 milyon dollarlıq silah tədarük edəcək
Koreya Respublikası Rumıniyaya rekord miqdarda - təqribən 1,3 trilyon von (939 milyon dollar) dəyərində silah satışı üzrə müqavilə imzalayıb.
Fhnews.az Yonhap agentliyinə istinadla xəbər verir ki, müqaviləyə əsasən Cənubi Koreyanın müdafiə nəhəngi “Hanwha Aerospace” Rumıniyaya silah və sursat ixrac edəcək. Onların arasında 54 ədəd özüyeriyən K-9 haubitsası və döyüş sursatı daşımaq üçün nəzərdə tutulan 36 ədəd zirehli maşın var. Bu, Rumıniyanın son yeddi ildə sifariş verdiyi ən böyük silah partiyasıdır.
Seul, həmçinin Rumıniyanın Koreya Respublikası ilə silah tədarükü sahəsində əməkdaşlığı davam etdirəcəyini və gələcəkdə “Redback” piyadaların döyüş maşını və K-2 tankına maraq göstərəcəyini gözləyir.
Agentliyin məlumatına görə, Cənubi Koreya artıq bir neçə ölkəyə, o cümlədən Avstraliya, Misir, Hindistan, Norveç, Polşa, Türkiyə, Finlandiya və Estoniyaya özüyeriyən haubitsalar ixrac edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...