Cənubi Koreya KXDR ilə sərhəd yaxınlığında hərbi fəaliyyətləri bərpa edir
Cənubi Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə 2018-ci il bağlanmış hərbi deeskalasiya sazişini tam dayandırdıqdan sonra iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında və şimal-qərb adalarında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb.
Fhnews.az Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bu qərar ölkə Prezidenti Yun Sok Yolun Şimali Koreyanın son günlərdə hava şarları ilə Cənubi Koreyaya zibil göndərməsinə cavab olaraq hərtərəfli hərbi sazişin tamamilə dayandırılması təklifini dəstəkləməsindən sonra verilib. Nazirlik ölkə əhalisinin sağlamlığını qorumaq üçün bütün lazımi addımların atılacağını bəyan edib.
"Bu vəziyyətin yaranmasında bütün məsuliyyət Şimali Koreya rejimindədir və Şimal əlavə təxribat törətməyə çalışsa, ordumuz möhkəm Cənubi Koreya və ABŞ birgə müdafiə mövqeyinə əsaslanaraq sərt cavab tədbirləri görəcək”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.
Hərbi sazişin dayandırılması Cənubi Koreyaya sərhəd zonada səsgücləndirici vasitələrlə təbliğat yayımını bərpa etməyə imkan verəcək.
Qeyd edək ki, 2018-ci il sentyabrın 19-da imzalanmış Koreyalararası saziş iki ölkə arasında hərbi gərginliyin azaldılmasına yönəlmiş bir sıra tədbirləri, o cümlədən sərhədyanı ərazilərdə hərbi təlimlərin qadağan olunduğu bufer zonaların yaradılmasını nəzərdə tutur.
Ötən ilin noyabrında KXDR-in hərbi kəşfiyyat peykini orbitə çıxarmasında cavab olaraq Seul hərbi sazişin bəzi müddəalarını dayandırdığını elan etmişdi. Pxenyan bunun ardınca müqavilədən tamamilə çıxdığını bəyan edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...