Cənubi Koreya KF-21 qırıcı təyyarələrinin istehsalına başlayacaq
Cənubi Koreya plana uyğun olaraq cari il ərzində KF-21 qırıcı təyyarələrinin istehsalına başlamaq niyyətindədir
Fhnews.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı Agentliyi (DAPA) KF-21 təyyarələrinin kütləvi istehsalı ilə əlaqədar ilin birinci yarısında istehsalçı “Koreya aerokosmos sənayesi” şirkəti ilə müqavilə bağlamağı planlaşdırıb. Agentlik KF-21 təyyarələrinin ölkənin qabaqcıl yerli qırıcı istehsalında mühüm bir mərhələ olacağını bəyan edib.
DAPA KF-21 təyyarələrinin 6 prototipinin səsdən sürətli uçuşlar və silah tətbiqi testləri də daxil olmaqla, sınaq uçuşlarını uğurla həyata keçirdiyini bildirib. Bu sınaqlar il ərzində davam etdiriləcək.
Qeyd edək ki, Cənubi Koreya və İndoneziya 120 ədəd KF-21 qırıcı təyyarəsinin istehsalı üçün 2015-ci ildə birgə inkişaf layihəsinə başlayıblar. Məqsəd Cənubi Koreya hərbi hava qüvvələrinin köhnələn F-4 və F-5 təyyarələrini 2032-ci ilədək əvəzləməkdir. Agentliyin açıqlamasında deyilir ki, ümumi dəyəri 8,1 trilyon von (6,1 milyard ABŞ dolları) olan layihənin 60 faizini Cənubi Koreya hökuməti, 20 faizini İndoneziya tərəfi, 20 faizini isə “Koreya aerokosmos sənayesi” maliyyələşdirməlidir. İndoneziya tərəfinin layihə üzrə ödənişlərində müəyyən gecikmələr olduğu bildirilir.
İki mühərriklə təchiz olunan 4++ nəsil KF-21 qırıcısının gövdə uzunluğu 16,9, eni 11,2 metr və hündürlüyü 4,7 metrdir. Maksimal uçuş sürəti saatda 2200 kilometr, uçuş məsafəsi 2900 kilometr, faydalı yükünün kütləsi isə 7,7 tondur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...