Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlik
Gərginlik bu dəfə içində tullantı olan 250-dən çox hava şarının göndərilməsi ilə bağlıdır.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın keçən aydan bəri Cənubi Koreyaya 6 dəfə tullantılarla dolu şarlar göndərdiyi bildirilib.Açıqlamada içərisində kağız parçaları olduğu təxmin edilən təxminən 100 şarın paytaxt Seulun qərbindəki Gyeonggi bölgəsinə düşdüyü, şimaldan isə 250-dən çox eyni məzmunlu şarın göndərildiyi bildirilib.
Bu səbəbdən İncheon hava limanında daxili və xarici reyslər təxminən 3 saat gecikib.Şimali Koreyanın mayın 28-dən etibarən Cənuba təxminən 2 min tullantılarla dolu hava şarının göndərdiyi bildirilir.İki ölkə arasında gərginliyə səbəb olan hava şarlarının göndərilməsi Şimali Koreya tərəfindən “ifadə azadlığı” kimi qiymətləndirilib və Cənubi Koreya bu bəyanatı pisləyib.
Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın bu addımına cavab cavab olaraq 2018-ci ildə imzalanmış və hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqaviləni dayandırıb.Cənubi Koreya ordusu həmçinin bildirib ki, Pxenyan administrasiyası sərhəddə təbliğat yayımı üçün səsgücləndiricilər yerləşdirməyə başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...