Cənubi Koreya ən isti iyun ayını yaşayır
“Asia News Network”un məlumatına görə, Cənubi Koreyada bu ay şiddətli istilər 2018-ci ilin ən isti iyun ayının temperatur rekordunu qırıb. Meteorologiya İdarəsindən verilən açıqlamada iyunun 1-dən 20-dək ölkə ərazisində havanın temperaturunun 33 dərəcəni keçdiyi günlərin sayının 2,4-ə çatdığı və bunun əvvəlki temperatur rekordunun qırıldığı 2018-ci ildə 1,5 olduğu bildirilib.
Açıqlamada paytaxt Seul da daxil olmaqla ölkə üzrə 92 bölgədə həddindən artıq istilərlə əlaqədar həyəcan təbili çalındığı, iyul-avqust dövründə temperaturun daha da artacağı bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...