Cənubi-Çin dənizində Filippin və Çin gəmiləri toqquşub
Cənubi-Çin dənizində Filippin və ÇXR Sahil Mühafizə Xidmətlərinin gəmiləri toqquşub, 4 nəfər yaralanıb.
Fhnews.az “The Manila Times” qəzetinə istinadla xəbər verir ki, hadisəyə Çin gəmisinin təhlükəli manevrinin qarşısının alınması səbəb olub. Nəticədə Filippin gəmisi yüngül zədələnib.
Cənubi-Çin dənizinin mübahisəli sularında oxşar hadisələr əvvəllər də baş verib. 2023-cü ilin dekabrında Çinə məxsus sahil mühafizə gəmisi Ayungin və Skarboro rifi ərazisində Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, Filippin 1999-cu ildə II Dünya müharibəsi dövründən qalan ABŞ-ın “Sierra Madre” amfibiya hücum gəmisini mübahisəli qayalıq ərazidə yerləşdirərək orada daimi olaraq kiçik hərbi kontingent saxlayan Çinin fəaliyyətlərini izləyir. Pekin dəfələrlə bu obyektin götürülməsini tələb edib.
2016-cı ilin yayında Haaqa Beynəlxalq Tribunalı Pekinin Cənubi-Çin dənizindəki mübahisəli ərazilərə “tarixi haqqının” olmadığını əsas gətirərək Filippinin xeyrinə qərar çıxarıb. ÇXR isə bu qərarı heç vaxt qəbul etməyəcəyini və həmin ərazi üzərində suverenliyini müdafiə edəcəyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...