Cənubi Afrikada su böhranı
Su böhranının yaşandığı Cənubi Afrika Respublikasının ən böyük şəhəri və iqtisadi ürəyi olan Yohannesburqda suyun kəsilməsi xəbərdarlığı edilib.Ölkənin Su və Kanalizasiya Naziri Pemmi Majodina mətbuata verdiyi açıqlamada Yohannesburqa su təchizatındakı problemlər səbəbindən noyabrın 14-dən planlaşdırılan su kəsimlərinin həyata keçiriləcəyini açıqlayıb.
Majodina Yohannesburqda su istehlakını azaltmağı hədəflədiklərini ifadə edərək deyib ki, bu tədbir axşam saat 9 ilə səhər 4 arasında su təchizatının azaldılmasını əhatə edir.
Nazir qeyd edib ki, bu təcrübə su ehtiyatlarının bərpası üçün həyata keçiriləcək.
Qeyd edək ki, təxminən 6 milyon əhalisi olan Yohannesburq Cənubi Afrikanın ən böyük şəhəridir.
Ölkənin və bölgənin ticarət mərkəzi olan şəhərdə son aylar quraq mövsüm şəraiti və su təchizatı sistemindəki nasazlıqlar səbəbindən su böhranı yaşanır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...