Cənubi Afrikada meymun çiçəyi virusundan ilk ölüm halları qeydə alınıb
Cənubi Afrikada ilk dəfə görülən meymun çiçəyi virusu "mpox"dan 2 nəfərin öldüyü bildirilib.
Milli Yoluxucu Xəstəliklər İnstitutunun verdiyi açıqlamada ölkənin ən böyük əyalətləri olan Gauteng və Kva-Zulu-Natalda cəmi 6 faktın qeydə alındığı deyilir.Açıqlamada ölkədə ilk dəfə aşkarlanan xəstəlikdən 2 nəfərin öldüyü bildirilib.
Endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan meymun çiçəyi iki növə bölünür: Konqo və Qərbi Afrika növləri.Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatı 28 noyabr 2023-cü ildə xəstəliyin adını irqçi və alçaldıcı olduğunu əsas gətirərək "mpox" olaraq dəyişdirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...