Cənubi Afrikada ispan turist fillər tərəfindən öldürülüb
İspan turist Cənubi Afrikanın Şimal-Qərb vilayətindəki milli parkda fillər tərəfindən öldürülüb.
Fhnews.az “The Guardian” saytına istinadla xəbər verir ki, Şimal-Qərb vilayətində polis idarəsinin mətbuat katibi Sabata Mokgvabon hadisənin yerli vaxtla saat 11:00 radələrində baş verdiyini bildirib. O, 43 yaşlı kişinin Pilanesberq qoruğunda fillər tərəfindən öldürülməsindən sonra istintaqa başlanıldığını qeyd edib.
Məlumata görə, həmin şəxs avtomobilini saxlayıb və şəkil çəkdirmək üçün fillərə yaxınlaşıb. Nəticədə heyvanlar ona hücum çəkiblər və daha sonra avtomobildə olanlara toxunmadan uzaqlaşıblar.
Şuranın təbiəti mühafizə üzrə baş məsul işçisi Pieter Nel bildirib ki, fillər kişinin hərəkətindən təşvişə düşüb. O, fillərin balalarını müdafiə etməyə çalışmasının normal olduğunu söyləyib.
Qeyd edək ki, milli parkın qaydalarına əsasən, insanların parkda nəqliyyat vasitələrindən düşməsinə icazə verilmir, yalnız avtomobillərində olarkən şəkil çəkdirmələri tövsiyə olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...