Cənubi Afrika Respublikasında qar hərəkəti iflic edib
Cənubi Afrika Respublikası (CAR) üçün spesifik olmayan qarın yağması yollarda ciddi problemlər yaradıb.
Fhnews.az xarici KİV-ə istinadla xəbər verir ki, böyük həcmdə qar yağdığı üçün minlərlə avtomobil yollarda qalıb. Hökumət vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün vacib magistrallarda hərəkəti qadağan edib.
Bəzi ərazilərdə qar təbəqəsinin qalınlığı 2 metri ötüb. Ehtiyat tədbiri olaraq qonşu Lesoto ilə sərhəd bağlanıb. Sərhədin hər 2 tərəfində çox sayda yük avtomobili və avtobus gözləyir.
Xilasedicilər yolda qalan şəxslərə qida və isti geyim çatdırıblar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...