Cənub-Şərqi Asiyada musson fəlakəti: 700-dən çox ölü
Cənub-Şərqi Asiya ölkələrində bu il şiddətli musson mövsümünün yaratdığı fəlakətlər və bölgədə ardıcıl olaraq baş verən qasırğa və tropik fırtınalar nəticəsində ölənlərin sayı 700-ü keçib. Yağışların milyonlarla insana təsir etdiyi ölkələrdə su basmış bir çox yaşayış məntəqəsində çətin şərtlər altında axtarış-xilasetmə və yardım işləri davam edir.Metereoloqlar şiddətli yağışların bölgədə bir müddət də təsirli olacağını bildirib.
Avqustun ortalarından başlayaraq Cənub-Şərqi Asiyada təsirini artıran “Yagi” qasırğası ilə nəticələnən yağışların səbəb olduğu fəlakətlərdə Vyetnamda ən azı 292, Myanmada ən azı 384, Taylandda isə ən azı 46 nəfərin həyatını itirdiyi bildirilib.
Xüsusilə keçən həftə “Yagi” qasırğasından ən çox təsirlənən ölkə olan Vyetnamda yağıntılar azaldıqca fəlakətin miqyası daha da aydınlaşır. Son hesabatda ən azı 292 nəfərin öldüyü, 38 nəfərin isə itkin düşdüyü bildirilib.
Myanmada yağışların səbəb olduğu fəlakətlərdə ümumilikdə 384 nəfər həyatını itirib, 89 nəfərin isə hələ də itkin düşdüyü deyilir.
Yağışların hələ də davam etdiyi Taylandın şimal bölgələrində can itkisi 46-ya yüksəlib. Taylandın Fəlakətlərin Qarşısının Alınması Departamentinin dərc etdiyi son hesabata görə, ölkə daxilində 160 mindən çox ev təsərrüfatına təsir edən təbii fəlakətlərdə 46 nəfər həyatını itirib, 24 nəfər isə yaralanıb. Ümumilikdə 6 vilayətin daşqın bölgəsi elan edildiyi Taylandda quru nəqliyyatının tamamilə dayandığı bir çox yaşayış məntəqəsində gəmilər, pilotsuz uçuş aparatları və vertolyotlarla axtarış-xilasetmə və yardım işləri davam etdirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...