22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cakarta ətrafında süni adalardan ibarət divar tikiləcək

11-01-2024

İndoneziyanın paytaxtı ətrafında “Böyük dəniz divarı” ucaldılacaq. “Bloomberg”in məlumatına görə, bu divar sayəsində hakimiyyət orqanları Cakartanı subasmadan xilas etməyə ümidvardırlar.

Fhnews.az xarici KİV-lərə istinadən xəbər verir ki, obyektə ümumi uzunluğu 24 kilometr olan, ölkənin şimal sahili boyunca yerləşən 17 süni ada daxil olacaq.

İndoneziyanın iqtisadiyyat məsələləri üzrə nazir-əlaqələndiricisi Airlanqq Hartarto bildirib ki, 2040-cı ilədək davam edəcək tikinti üç mərhələdə keçiriləcək. Lakin ölkənin Müdafiə Nazirliyi tikintinin 40 il uzanacağını ehtimal edir. Artıq məlumdur ki, ilk iki mərhələyə təqribən 10,5 milyard dollar vəsait xərclənəcək.

İndoneziya bu layihəni artıq 10 ildən çoxdur ki, müzakirə edir. Bununla yanaşı, Cakarta dünyada ən sürətlə batmaqda olan şəhər kimi tanınıb. Paytaxt hər il 25 santimetr aşağı enir, dəniz suyunun yüksəlməsi səbəbindən daşqınlar 200 santimetr qalxır. Təbii fəlakət hökumətə baha başa gəlir, hər il on milyardlarla dollar vəsait xərclənir. Proqnozlara görə, yaxın 10 ildə daşqınların sayı daha da artacaq, artıq 2050-ci ildə şəhərin üçdəbir hissəsi su altında qalmaq riski ilə qarşılaşacaq.

Dəniz divarından başqa, Cakartanın subasmasının ləngidilməsi üçün yeraltı suların çıxarılmasına məhdudiyyət də kömək edə bilər. Bundan əlavə, Borneo cəngəlliklərində yeni şəhərin – Nusantaranın tikintisi gedir. Hakimiyyət orqanları bu şəhərin subasmaya məruz qalan paytaxtı əvəz edəcəyini planlaşdırırlar.

Paylaş: