22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BVF-nun prezidenti : “Süni intellekt işçi qüvvəsinə bir sunami kimi zərbə vurdu"

14-05-2024
IMG

Beynəlxalq Valyuta Fondunun  baş direktoru Kristalina Georgiyeva verdiyi açıqlamada süni intellektin qlobal əmək bazarını sunami kimi vurduğunu bildirib.

Süni intellekt son illərdə iş dünyasında ən çox danışılan mövzulardan birinə çevrilib.Süni intellektin bir çox işi avtomatlaşdırmaq potensialına malik olması onun əmək bazarına böyük təsir göstərəcəyi ilə bağlı narahatlıqlar yaradır.

Sürixdə keçirilən tədbirdəki çıxışında BVF-nun idarəedici direktoru Georgieva bildirib ki, süni intellekt yaxın iki il ərzində inkişaf etmiş ölkələrdə iş yerlərinin 60 faizinə və dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək.

Paylaş: