22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Buzlaqların əriməsi geri dönüşü olmayan bir nöqtəyə gətirə bilər

25-06-2024
IMG

Böyük Britaniyadakı tədqiqatçılar hesab edirlər ki, okean temperaturunun artması buzlaqların əriməsini və nəticədə okean səviyyəsinin yüksəlməsini geri dönüşü olmayan bir nöqtəyə çatdıra bilər.

Böyük Britaniyanın milli qütb tədqiqat institutu olan "British Antarctic Survey" tərəfindən aparılan bir araşdırmaya görə okean temperaturunun artması okean səviyyəsinin yüksəlməsi və buzlaqların əriməsinin sürətlənməsinə səbəb ola bilər. 

Araşdırmada bu vəziyyətin buzlağın okean səthi ilə təmasda olan hissələrindən suyun buzlağa daxil olmasının səbəb olduğu və suyun süzülməsinin həm əriməni artırdığı, həm də buzlaqı okeanın dibindən ayırdığı bildirilib.

Əriməni sürətləndirən bu amil uzunmüddətli olarsa  perspektivdə okean səviyyəsinin qalxmasını  artıra bilər. 

Tədqiqatda temperaturun yüksəlməsinin bu prosesi sürətləndirməklə yanaşı, buzlaqların əriməsi və okean səviyyəsinin qalxmasını geri dönməz həddə çatdıracağı vurğulanıb və hazırkı vəziyyətin belə davam edəcəyi təqdirdə, qarşıdakı əsrlərdə də okean səviyyəsinin qalxmasının artmağa davam edəcəyi qeyd edilib.

Paylaş: