Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir
Dənizkənarı Bulvar “Bakı Bulvarı”nın yaradılmasının 115 illiyinə həsr olunan “Bulvarın bir anı” adlı fotomüsabiqəyə start verir.
Fhnews.az xəbər verir ki, İdarədən verilən məlumata görə, martın 15-dən aprelin 7-dək keçiriləcək müsabiqədə həm həvəskar, həm də peşəkar fotoqraflar iştirak edə bilərlər. Qaliblər müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin yekununda birinci yerin sahibinə 1500, ikinci yerin sahibinə 1000 və üçüncü yerin sahibinə 500 manat mükafat təqdim olunacaq.
Müsabiqənin şərtləri barədə daha ətraflı məlumatlarla www.bulvar.gov.az saytından tanış olmaq olar.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...