Budapeştdə son 10 ilin ən böyük daşqını gözlənilir
Budapeştdə son 10 ilin ən böyük daşqını proqnozlaşdırılır.
Fhnews.az mer Qerqey Karaçonun feysbukdakı paylaşımına istinadla xəbər verir ki, Budapeşt Şəhər Şurasının şirkətləri və qurumları paytaxtın daşqından qorunması ilə bağlı işə yaxşı hazırlaşıblar. Dunay çayının hər iki sahilində nəqliyyatın hərəkəti dayandırılıb. Budapeştin şimalında Romaya sahil boyunca dörd kilometr uzunluğunda qum torbalardan ibarət damba tikilib. Karaçon, Margaret adasının da torbalarla qorunacağı söylənilib.
Prezident Tamas Şuyok bildirib ki, su ehtiyatlarının idarə edilməsi sahəsindəki ekspertlər Karpat hövzəsindəki bir neçə çayın sahələrində suyun səviyyəsinin rekord həddə çatacağını və daşqının tezliklə paytaxta çatacağını proqnozlaşdırırlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...